Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 4 yüksək vəzifəli şəxs istefa verdi

Sosial

13 Mart 2021 10:28 4360


Hesablama Palatasının 7 auditorundan 4-ü istefa ərizəsi yazıb.

Yenisabah.az xəbər verir ki, bunlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.

Xatırladaq ki, Adil Məhərrəmov BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşıdır. Mehriban Alışanova AzTV-nin sabiq sədri Arif Alışanovun keçmiş həyat yoldaşıdır. Firsənd Qurbanov isə hazırda məhbus həyatı yaşayan sabiq nazir Səlim Müslümovun həbsxana yoldaşı olub. Iddialara görə, Səlim Müslümov nazir olarkən onu çox vaxt Firsənd Qurbanov audit edirmiş. Müslümov məhz keçmiş məhbus yoldaşının sayəsində “təmizlik kağızı” alırmış. Dördpendirli pizza

Hesablama Palatasındakı vəzifəsindən könüllü ayrılan Vaqif Həsənovu isə hakimiyyətdə təmsil olunan bəzi yüksək rütbəli məmurlarla qohumluq telləri bağlayır.

Mövzunu diqqətdə saxlayacağıq.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!