Azərbaycanda bələdiyyə sədri cərimələndi - SƏBƏB

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bələdiyyə sədri cərimələndi - SƏBƏB

Hadisə

26 Dekabr 2024 20:12 500


Beyləqan rayon Şəfəq bələdiyyəsinin sədri Paşa Kamil oğlu Cəlilov barədə protokol tərtib edilib.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, bələdiyyə sədri barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Beyləqan Rayon Məhkəməsində hakim Ramiz Nurullayevin sədrliyi ilə baxılacaq. Pepperoni pizza

Protokol təsdiq edilərsə, bələdiyyə sədri min manatdan iki min manatadək məbləğdə cərimə edilə, yaxud ov hüququ altı aydan iki ilədək müddətə məhdudlaşdırıla bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!