Azərbaycanda bu məhsullar bahalaşdı   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu məhsullar bahalaşdı - RƏSMİ

Sosial

12 Sentyabr 2022 15:16 1045


Ötən ay Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlanıb. 

Bu barədə Yenisabah.az-a Dövlət statistika Komitəsindən məlumat verilib.

Belə ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində müşahidə olunub. Marqarita pizza

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!