Azərbaycanda bu qaydalar dəyişdi  - Dekabrın 2-dən...
27 Noy 2020 19:53
3339

Azərbaycanda bu qaydalar dəyişdi - Dekabrın 2-dən...

Dekabrın 2-dən 23-dək məhkəmələrdə vətəndaşların qəbulu dayandırıldığından, qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu, Ali Məhkəmənin xüsusi karantin rejimində məhkəmələrin fəaliyyəti ilə bağlı qərarında yer alıb.

Qərara əsasən, məhkəmələr fiziki və hüquqi şəxslərin ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini yalnız poçt vasitəsilə və ya elektron şəkildə qəbul edəcəklər.

Qeyd edək ki, Ali Məhkəmə 2020-ci il 2 dekabr saat 06:00-dan 23 dekabr saat 06:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınması barədə qərar verib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər