Azərbaycanda bu şəxslərə son möhlət verildi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu şəxslərə son möhlət verildi - VİDEO

Sosial

11 Avqust 2023 08:02 7554


Paytaxt yollarında hələ də dövlət qeydiyyat nişanı olamadan moped idarə edən şəxslərə rast gəlinir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bununla bağlı moped sürənlərə növbəti dəfə xəbərdarlıq edib. Bildirilib ki, sözügedən nəqliyyat vasitələrinin qeydiyyatla bağlı proses təxirə salınmadan icra edilməlidir.

İdarənin baş inspektoru Araz Əsgərlinin sözlərinə görə, mopedlərin dövlət qeydiyyatına alınması və sürücülük hüququ olmadan idarə edilməsinin qarşısını almaq məqsədi ilə nəzarət profilaktik tədbirlər davam etdiriləcək. pizza hut

Sürücülük vəsiqələri ilə bağlı yeni qaydaların qüvvəyə minməsi moped idarə edənlərin sayına təsirsiz ötüşməyib. Belə sürücülərin paytaxt yollarında kifayət qədər azaldığı müşahidə edilir. Bunu kuryerliklə məşğul olan şəxslərin özləri də təsdiqləyir.

Qeyd edək ki, yeni qaydaların tətbiqinin əsas səbəblərindən biri də xüsusi ilə motosikilet və moped sürücülərinin iştirakı ilə baş verən qəzalar zamanı neqativ halların aradan qaldırılmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!