Azərbaycanda fəaliyyət göstərən “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi” MMC (VÖEN: 1700030121), “İmdad Audit” MMC (VÖEN: 1402034061) və “TUT YARPAĞI” MMC (VÖEN: 2008799431) fəaliyyətlərini dayandıraraq ləğv olunduqlarını elan ediblər.
“Yeni Sabah” xəbər verir ki, cəmiyyətlərin ləğv olunması ilə bağlı kreditorlar iki ay ərzində öz tələblərini müvafiq ünvanlara bildirə bilərlər.
Kreditorların tələbləri “İstehsalat Texnoloji Komplektləşdirmə Dövlət Müəssisəsi” MMC üçün Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 139 (AZ1029), “İmdad Audit” MMC üçün Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 2C (AZ1111), “TUT YARPAĞI” MMC üçün isə Bakı şəhəri, Xətai rayonu, İbrahim Əbilov küçəsi, ev 4, mənzil 2 (AZ1018) ünvanında qəbul olunur. Pepperoni pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız