Azərbaycanda daha bir məktəb bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda daha bir məktəb bağlandı

Sosial

19 Mart 2021 11:50 765


Quba rayonunun Alekseyevka kənd tam orta məktəbi bugündən əyani tədrisdən distant tədrisə keçib.

Yenisabah.az xəbər verir ki, bunu Trend-ə məktəbin direktoru İsa Əlixanlı deyib.

Onun sözlərinə görə, məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Məhsimova Gülxar Sabir qızında COVID-19-a qarşı testin nəticəsi pozitiv olub. pizza sifarişi

Məktəbdə tədris aprelin 2-dək distant formada olacaq.

Qeyd edək ki, təhsil naziri Emin Əmrullayev dünən fevralın 1-dən indiyədək 626 sinfin distant tədrisə keçdiyini, onların 233-nün artıq əyani tədrisi bərpa etdiyini, hazırda 48 məktəbdə distant tədrisin tətbiq olunduğunu açıqlamışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!