“Azərbaycanda 205 nəfər jurnalist COVID-19-a yoluxub, 10 nəfər həyatını itirib”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib. O bildirib ki, yoluxanlardan 57 nəfər son dalğanın dövrünə düşür, fevral -aprel ayları aralığını əhatə edir:
“Bu da media işçiləri arasında yoluxmanın ötən dövlərlə müqayisədə intensivliyini göndərir. pizza hut
“Qeyd edək ki, siyahı KİV-də dərc edilən və ya sosial şəbəkələrdə paylaşılan məlumatlar əsasında hazırlanır, özlərinin yoluxmaları barədə məlumatı ictimailəşdirənləri əhatə edir. Yoluxduğunu ictimailəşdirməyənlərin sayı fərqli ola bilər”.
Müşfiq Ələsgərli diqqətə çatdırıb ki, məsələnin aktuallığını nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib:
“Müraciətə müsbət cavab verilib. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) ilə Azərbaycan Mətbuat Şurası arasında əldə edilmiş razılığa əsasən, kütləvi informasiya vasitələrində çalışan jurnalistlərin vaksinasiyası həyata keçiriləcək. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bununla bağlı kriteriyalar həftə ərzində açıqlanacaq”.
Telegram kanalımız