Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı   - 18 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı - 18 nəfər öldü

Sosial

23 Mart 2021 19:11 1670


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1333 yeni yoluxma faktı qeydə alınıb,  269 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 248307 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 233356 nəfər müalicə olunaraq sağalıb, 3384 nəfər vəfat edib, aktiv xəstə sayı 11567 nəfərdir. Sezar pizza

Ölkədə son sutka ərzində 8517 hazırkı dövrədək isə 2790980 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!