Azərbaycanda koronavirusla bağlı son durum - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusla bağlı son durum - Foto

Sosial

20 Fevral 2023 18:20 676


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 828 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 131 nəfər müalicə olunaraq sağalıb, 10 103 nəfər vəfat edib, aktiv xəstə sayı 124 nəfərdir. pizza mizza

Ölkədə son sutka ərzində 579, hazırkı dövrədək isə 7 514 447 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!