Azərbaycanda liftə milyonlar xərclənir - 10 milyonluq satınalmanın arxasında nə dayanır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda liftə milyonlar xərclənir - 10 milyonluq satınalmanın arxasında nə dayanır?

Sosial

05 Noyabr 2026 22:15 130


Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İstehsalat Birliyi paytaxtın yeraltı və yerüstü piyada keçidlərində lift, eskalator və platformaların yenilənməsi üçün 9 milyon 991 min 530 manat xərcləyəcək. Bir neçə lift və eskalatorun yenilənməsi üçün yarım milyon manatdan artıq vəsait xərclənməsi isə bu qiymətlərin nə dərəcədə əsaslı olduğu sualını gündəmə gətirir.

Bəs 19 keçidə 10 milyon manat ayrılması nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycanda belə böyük layihələrdə qiymətlərin şişirdilməsi halları az deyil: pizza sifarişi

“Ümumiyyətlə, Azərbaycanda iri satınalmalar, təmir və tikinti işləri zamanı qiymətlərin şişirdilməsi hallarına tez-tez rast gəlinir. Bu, hər kəsə məlum olan məsələdir. Təbii ki, istisnalar da ola bilər, amma əsas problem şəffaflığın olmamasıdır. Satınalmanın necə həyata keçirildiyi, tenderin hansı şərtlərlə keçirildiyi və qiymətlərin necə müəyyənləşdirildiyi açıqlanmır. Buna görə də xərclərin nə dərəcədə əsaslı olduğunu qiymətləndirmək mümkün deyil.

Ən azı xarici ölkələrin qiymətləri ilə müqayisə aparmaq olar. Məsələn, internetdə apardığım araşdırma zamanı gördüm ki, Türkiyə və Gürcüstanda lift və eskalatorların qiymətləri arasında müəyyən fərqlər var. Gürcüstanda bir liftin qiyməti təxminən 41 min, digər nümunədə 143 min, eskalatorun qiyməti isə 208 min civarında göstərilir. Təbii ki, bunlar yalnız təxmini müqayisələrdir. Amma bu rəqəmlər əsasında xərclərin nə dərəcədə uyğun olduğunu araşdırmaq mümkündür”.

İqtisadçının sözlərinə görə, alınan lift və eskalatorların qiyməti baha hesab olunursa, aidiyyəti qurumlar bunun səbəbini açıqlamalıdır:

“Təəssüf ki, Azərbaycanda bu sahədə ictimai nəzarət yoxdur. Aidiyyəti qurumlardan soruşanda isə deyə bilərlər ki, alınan avadanlıqlar bahalı və xüsusi təyinatlıdır. Əgər belədirsə, bunu əsaslandırmaq lazımdır. Açıqlasınlar ki, lift və eskalatorlar hansı ölkədən, hansı istehsalçıdan və hansı qiymətə alınıb. Cəmiyyət də həmin avadanlıqların dünya bazarındakı qiymətlərini araşdırıb müqayisə apara bilsin. Bu baxımdan, satınalmaların bütün detalları ictimaiyyətə açıqlanmalı və xərclər əsaslandırılmalıdır”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!