Azərbaycanda ərli qadınla bir yerdə yaşayan evli kişi məsuliyyətə cəlb olunub.
"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonlardan birində qeydə alınıb.
28 yaşlı Səfa Kərimov (şərti adla) polisə şikayətində bildirib ki, birgə yaşadığı qadının qohumları onların evinə hücum edib. Polis əməkdaşları şikayət əsasında hadisə yerinə gəliblər. Bu zaman Səfa Kərimov səs-küy salaraq ictimai asayişi pozub və qanuni tələbə məhəl qoymayıb. Fakta görə o saxlanılıb və barəsində müvafiq protokollar tərtib olunub. Dominos pizza
S. Kərimovun sözlərinə görə, hər ikisi evli olsa da, bir müddətdir ki, Arzu (şərti ad) ilə birgə yaşamağa başlayıb. Arzunun əri və qohumları onların yaşadığı evə hücum etdikləri üçün polisə şikayət edib. Hadisə yerinə gələn polis əməkdaşları onu şöbəyə dəvət edəndə isə qanunsuz əməllərə yol verib. O, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini istəyib.
Məhkəmənin qərarı ilə S. Kərimov 15 gün müddətinə inzibati qaydada həbs olunub.
Telegram kanalımız