Vilayəti Paşinyana   XƏBƏRDARLIQ ETDİ - “Onların ayaqlarını qıracağıq”

saytların hazırlanması

Evə çatdırılma

Vilayəti Paşinyana XƏBƏRDARLIQ ETDİ - “Onların ayaqlarını qıracağıq”

Siyasət

05 Noyabr 2026 18:48 130


İran Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Baş naziri Nikol Paşinyana “Tramp marşrutu”nun yaradılması ilə bağlı xəbərdarlıq edib.

"Yeni Sabah” xəbər verir ki, onun müraciəti İranın “Ettela'at” qəzetində dərc olunub.

Vilayəti “Ermənistanın Baş naziri cənabla açıq və səmimi söhbət” başlıqlı məqaləsində Ermənistan parlamentinin Zəngəzur dəhlizindən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə ABŞ ilə əməkdaşlıq sazişini ratifikasiya etməsinə münasibət bildirib. İran rəsmisi iddia edib ki, Paşinyanın addımları Ermənistan xalqının maraqlarına ziddir, ölkənin Qərbdən asılılığını artırır və Cənubi Qafqazda yeni qarşıdurma və gərginlik mərhələsinin əsasını qoyur. pizza

Vilayəti İranın mövqeyini Ermənistan xarici işlər nazirinin müavini və ölkənin Tehrandakı səfiri ilə görüşlərində çatdırdığını bildirib:

“Tehran ABŞ-nin iştirakı ilə Zəngəzur dəhlizinin yaradılmasını qəbul etmir. Mən Ermənistan səfirinə birmənalı şəkildə bildirdim: Əgər Tramp və müttəfiqləri bizim bu qırmızı xəttimizi keçməyə çalışsalar, onların ayaqlarını qıracağıq”./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!