Türkiyədə üç avtomobildə silahla vurulmuş səkkiz nəfərin meyiti tapıldı   - Dəhşətli qətlin təfərrüatı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə üç avtomobildə silahla vurulmuş səkkiz nəfərin meyiti tapıldı - Dəhşətli qətlin təfərrüatı

Dünya

05 Noyabr 2026 20:54 56


Türkiyənin Afyonkarahisar vilayətinin İhsaniye rayonunda bir neçə kənddə törədilən silahlı hücumlar nəticəsində səkkiz nəfər həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti məlumat yayıb.

Hadisələr axşam saatlarında Yukarıtandır, Ayazini və Kıyır kəndlərində baş verib. pizza

İlkin məlumata əsasən, qırmızı rəngli avtomobililə hərəkət edən silahlı şəxs Yukarıtandır kəndində yol kənarında olan üç qadına tüfənglə atəş açaraq onları öldürüb. Qadınların müəllim olduğuna dair iddialar var.

Daha sonra Ayazini kəndinə gedən silahlı şəxs avtomobildə olan üç nəfəri güllələyərək hadisə yerindən qaçıb. O, daha sonra Kıyır kəndində isə başqa bir avtomobildəki iki nəfəri öldürüb.

Bildirilir ki, həlak olanlardan altısı hadisə yerində, ikisi isə xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!