Ronaldu üçün vida mərasimi təşkil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Ronaldu üçün vida mərasimi təşkil olunacaq

İdman

05 Noyabr 2026 18:09 62


Portuqaliya Futbol Federasiyası milli komanda karyerasını bitirən Kriştianu Ronaldu üçün xüsusi vida mərasimi keçirməyi planlaşdırır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə federasiyanın açıqlamasında bildirilib.

Qurum 41 yaşlı futbolçu üçün xüsusi vida mərasimi keçirməyi nəzərdə tutur. Hələlik tədbirin hansı formatda təşkili məlum deyil. Dördpendirli pizza

"Federasiya bu gedişin ehtiram göstərilmədən baş verməsinə imkan verməyəcək. Kriştianu Ronaldunun möhtəşəm karyerasına layiq tədbir təşkilində qətiyyətliyik. Bu mərasim azarkeşlərə və bütün xalqa saysız-hesabsız töhfələr vermiş futbolçuya minnətdarlıq bildirmək və onunla vidalaşmaq üçün fürsət yaradacaq", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Kriştianu Ronaldu bu gün sosial şəbəkə hesabında paylaşım edərək 23 il çıxış etdiyi Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, yığmanın heyətində 234 oyuna 146 qol vurub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!