Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Türkiyə-İran sərhədində atışma: Türk hərbçi öldürüldü

Hadisə

05 Noyabr 2026 18:56 97


Türkiyə və İran sərhəddə türkiyəli hərbi qulluqçunun həlak olması ilə bağlı araşdırmalara başlayıb. Mövcud məlumatlara görə, atəşin İran tərəfindən açıldığı ehtimal edilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən "Turkiye Today" nəşri məlumat yayıb.

Faciəvi hadisə oktyabrın 31-də Türkiyənin cənub-şərqində yerləşən Hakkari əyalətinin Yüksəkova rayonunda baş verib. 7-ci sərhəd briqadasının hərbi qulluqçuları sərhədi qanunsuz keçmə cəhdinə reaksiya verərkən atəşə tutulublar. pizza sifarişi

Nəticədə əsgər Yusuf Sait Yünlü ağır yaralanıb və dərhal helikopterlə Hakkari Dövlət Xəstəxanasına təxliyə edilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Həlak olan hərbçi doğulduğu Aydın əyalətinin Çine şəhərində dəfn olunub.

Hadisədən dərhal sonra Türkiyə tərəfi məhkəmə və inzibati araşdırmalara başlayıb:

Noyabrın 3-də Türkiyə nümayəndələri iranlı rəsmilərlə birbaşa insidentin baş verdiyi sərhəd ərazisində görüşüblər.

Türkiyə Milli Müdafiə Nazirliyinin bildirdiyinə görə, İran hakimiyyəti də hərbçinin ölüm şəraitini müəyyənləşdirmək üçün öz daxili araşdırmasına başlayıb.

Türkiyə Müdafiə Nazirliyindən vurğulanıb ki, hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması istiqamətində işlər İran tərəfi ilə sıx koordinasiya şəraitində davam etdirilir./Bizim.Media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!