Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gətirilən 23 tondan çox dondurulmuş hind quşu əti korlanma səbəbindən məhv edilib

Sosial

05 Noyabr 2026 17:33 14


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Qırmızı Körpü" Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirdiyi nəzarət tədbirləri zamanı 23,6 ton dondurulmuş hind quşu ətində uyğunsuzluqlar aşkarlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə  AQTA-dan məlumat verilib.

Bildirilib ki, ABŞ-nin "LAMEX FOODS INC." şirkətinin istehsalı olan və "Universal-SVS" MMC tərəfindən idxalı nəzərdə tutulan məhsulun daşınması zamanı temperatur rejiminin pozulduğu, korlanma əlamətlərinin olduğu, qan yığıntılarının və axıntılarının mövcudluğu, həmçinin orqanoleptik göstəricilərinin tələblərə uyğun olmadığı müəyyən edilib. pizza

Aşkar edilmiş uyğunsuzluqlar nəzərə alınaraq məhsulun məhv edilməsi barədə qərar qəbul olunaraq, 23,6 ton hind quşu əti müvafiq qaydada məhv edilib.

Beləliklə, Azərbaycan–Gürcüstan dövlət sərhədində yerləşən "Qırmızı Körpü" Qida Təhlükəsizliyinə Nəzarət Məntəqəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsulun ölkə ərazisinə idxalının qarşısı alınıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!