Azərbaycanda maşın dağdan aşdı, 3 nəfər öldü
02 İyl 2020 10:10
392

Azərbaycanda maşın dağdan aşdı, 3 nəfər öldü

Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb. Belə ki, "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır. /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər