Azərbaycanda məhkəmə sədri vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məhkəmə sədri vəfat etdi

Sosial

20 Dekabr 2021 16:28 1192


Azərbaycanda məhkəmə sədri vəfat edib. 

Bu barədə Yenisabah.az-a Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib. pizza sifarişi

O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!