İyunun 20-si saat 20:00-a olan məlumata əsasən, sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin qərb rayonlarında hazırda güclü külək əsir.
Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Tovuz, Tərtər, Bərdə, Yevlax, Şəki, Daşkəsən, Göygöldə küləyin sürəti 21 m/s-dir. Narıncı xəbərdarlığa uyğun olaraq Mingəçevir, Gəncə, Goranboy, Naftalan, Şəmkirdə isə küləyin sürəti 26-30 m/s təşkil edir. pizza sifarişi
Telegram kanalımız