Azərbaycanda nazirliyin şöbə müdiri ağır qəzaya düşdü – 1 ölü, 3 yaralı

Azərbaycanda nazirliyin şöbə müdiri ağır qəzaya düşdü –
İyul 8, 2019
Oxunma sayı: 6449

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri ağır qəzaya düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu gün Ələt – Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində “Prado” markalı avtomibilin təkəri partlayıb.

Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri Heybət İmanovun da olduğui maşın yoldan çıxaraq mühafizə səddinə dəyib. 

Nəticədə H. İmanovun qaynı Tahirli Cavid dünyasının dəyişib. Şöbə müdirinin özü isə yaralanıb.

Həmçinin 1987-ci il təvəllüdlü Tahirova Kəmalə Rafael qızı, onun bir yaşlı oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.