Azərbaycanda “Omikron“ şoku: Ölkə qapanmaya gedir?   - Mühüm açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda “Omikron“ şoku: Ölkə qapanmaya gedir? - Mühüm açıqlama

Sosial

10 Yanvar 2022 15:49 3151


Səhiyyə Nazirliyi Azərbaycanda koronavirusun "Omikron" ştammının aşkarlandığını bəyan edib. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Bir çoxları ötən ilin sonundan əhali arasında geniş yayılmış boğaz ağrısı və yüksək hərarətlə müşayiət olunan xəstəliyin məhz “Omikron” olduğu düşüncəsindədir. Səhiyyə Nazirliyi rəsmiləri bunun əksini desə də və qeyd olunan halın mövsümi qrip olduğunu bildirir.

Əsas məsələ, "Omikron"un aşkarlanması hansısa yeni məhdudiyyətlər, yaxud qapanmaya səbəb ola bilərmi? Sezar pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-terapevt Rasif Bağırov bu ştammın “Delta”dan daha zəif olduğunu bildirib:

“Omikron” ştammının Azərbaycanda tapılması elə də ciddi problem deyil. Yaxın günlərdə Avropa ölkələri onun tam klinikası ilə məşğul oldular və məlumat verildi ki, “Delta” ştammı “Omikron”dan daha güclü və daha  qorxuludur. Ona görə də, “Omikron”un adına qapanma fikirləşməyin heç bir mənası yoxdur.

Əgər bu ştamm “Delta”dan zəifdirsə, pis mənada ziyanı yoxdursa, qapanmaya getmək nəyə lazım olsun?! Biz “Delta”nı belə, açıq şəraitdə yola verdik”.

Həkimin sözlərinə görə, “Omikron”dan qorunmaq üçün insanlar qaydalara ciddi riayət etməlidirlər:

“Bu ştamdan qorunmaq üçün köhnə qaydalara əvvəlki kimi riayət etməliyik. Mütləq maska taxmalı, ara məsafəni qorumalı, gigiyena qaydalarına əməl etməliyik. Koronavirus zəifləməyə doğru gedir, amma pandemiya bitməyənə qədər məhdudiyyətlər davam edəcək. “Omikron”un sadəcə gurultulu adı var, boş və mənasız bir şeydir”.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mahmud Mammadov
    Bizi isə bir nəfər kimi səhər saat 9:00-dan 18:00-a qədər işdə olmağı tələb edirlər, 40 əməkdaş professor müəllim heyəti iki otaqda : 22 kv.m.-də 9 nəfər və 25 kv.m-də 32 nəfər, əla təhlükəsizlik qaydaları, hər gün də iki dəfə yoxlama türmədəki kimi.
    4 years ago