“Azərbaycanda “Omikron“a yoluxma halı qeydə alınmayıb“ - Nazir müavini

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda “Omikron“a yoluxma halı qeydə alınmayıb“ - Nazir müavini

Sosial

28 Dekabr 2021 17:27 502


""Omikron"la bağlı vəziyyət diqqət mərkəzindədir. Test nümunələri seçmə üsulu ilə genetik labortiyada yoxlanılır".

Yenisabah.az xəbər verir ki, bu sözləri Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

Onun sözlərinə görə, bu günə ölkədə "Omikron" ştamına yoluxma halı qeydə alınmayıb. Toyuqlu pizza

"Hazırda məhdudlaşdırıcı tədbirlərə ehtiyac yoxdur", - deyən Teymur Musayev əlavə edib: "“Omikron" virusu ölkəmizdə aşkarlanarsa və virusa yoluxma artarsa, müəyyən qapanmalar ola bilər”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!