Azərbaycanda pensiya yaşı azaldıla bilər? – Nazir açıqlama verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiya yaşı azaldıla bilər? – Nazir açıqlama verdi

Sosial

13 Oktyabr 2023 15:39 11458


Azərbaycanda effektiv pensiya yaşı 62-dir. 65 yaş normativ yaşdır. Eyni zamanda qanunvericiliklə nəzərdə tutulmuş çoxsaylı güzəştlər nəticəsində effektiv yaş 62-dir. Bu, dünyada ən aşağı yaşlardan biridir.

“Yeni Sabah” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə keçirilən "Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, bu da pensiyada olmanın ən yüksək rəqəmlərindən biridir. pizza sifarişi

"Əgər biz pensiya sistemini, sosial təminat sistemini dağıtmaq istəyiriksə, istənilən opportunist illər, rəqəmlər səsləndirilə bilər. Gəlin deyək ki, 30 yaşından pensiya olacaq. Bunun altında nəzəri, elmi elmi təhlili olmalıdır. Dünyada ən uzun müddətli pensiya dövrlərindən biri Azərbaycandadır. Bu da 15 ildir. Xüsusi güzəştli təbəqə, hərbçilər, əlilliyi olan insanlarımız və digərləri üçün pensiya dövrü 18 ildir. Bu da dünyada ən uzunmüddətli pensiya dövlərindən biri hesab olunur. Bu rəqəmlər 1 milyon 100 min pensiyaçının arasından olan rəqəmlərdir", - deyə nazir əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vahid
    Sual .Siz Nazirlər robut deyilsiz ?. Qiymətlər yüksəkvə yeməklər yox .Insanlarda özlərini öldürür .Bu pensiya özüz üçün edirsiz ?.
    3 years ago
  • Vahid
    Sual verim .Dünyada vəziyyəti və hava elə vəziyyətə gəlib ki ölüm anı hal alıb 50 - 55 yaşa çatmayıb insanlar ölür .Sual belədi . Azərbaycan Nazirlərı siz robut deyilsiz və sizin qanınızda neft axmır ?.Nə axmaq qərar verirsiz . Qiymətlə qalxır siz 62 tutursuz . Özünüzçü yaş həddi qoyursuz və millət üçün yaş həddi azaldın .
    3 years ago