Samir Məhərrəmov may ayının 29-da peyvənd vurulduqdan sonra vəfat edib.
Yenisabah.az xəbər verir ki, yaxınları onun ölümünə peyvəndin səbəb olduğunu iddia edir.
Samir Məhərrəmova mayın 27-də Çin istehsalı olan "CoronaVac" peyvəndinin birinci dozası vurulub. pizza hut
Yaxınlarının iddiasına görə, peyvəndlənmədən sonra Samir Məhərrəmov komaya düşüb. Ailə onu Nəsimi rayonundakı “Baku Medical Plaza”ya yerləşdirib.
Xəstəxanadan Lent.az-a verilən məlumata görə, Samir Məhərrəmovun ölümünə səbəb peyvənd olmayıb.
TƏBİB-dən isə Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölümün peyvəndlə əlaqəsinin olub-olmadığını sübut etmək üçün tibbi ekspertiza təyin olunmalı və araşdırılmalıdır:
“Bütün analizlər yoxlanılmalı, epiqriz əldə olunmalı və ölüm səbəbi təyin edilməlidir. Əks halda, bütün ölüm hallarını peyvəndlə əlaqələndirmək doğru deyil”.
Telegram kanalımız