Azərbaycanda polis mağazalardan bıçaqları yığışdırdı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis mağazalardan bıçaqları yığışdırdı 

Sosial

04 May 2024 09:22 448


Biləsuvar rayonunda kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 2 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan, ümumilikdə, 35 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.

Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar aparılır. Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!