Azərbaycanda polkovnik modelyer arvadını boşadı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polkovnik modelyer arvadını boşadı

Şou

05 İyul 2019 08:21 2429


Məşhur modelyer, "A Glamour" moda evinin rəhbəri Afaq İsmayılzadə həyat yoldaşı ilə boşanıb.

“Yeni Sabah” Axşam.az-a istinadən xəbər verir ki, boşanma prosesi bir müddət öncə qalmaqallı şəkildə baş verib. Bildirilir ki, həyat yoldaşı karyerasının ilk illərində modelyerin ən böyük dəstəkçilərindən biri olub və onun uğurlu fəaliyyəti üçün daim öz yardımını göstərib. Zaman keçdikcə modelyerlə əri arasında narazılıqlar yaşanmağa başlayıb və bu narazılıq o həddə çatıb ki, əri Afaq İsmayılzadə ilə ayrılmaq qərarına gəlib.

Boşanma prosesinin səbəbləri ilə bağlı hələlik tam dəqiqləşdirə bilmədiyimiz bir neçə versiyalar səsləndirilir. Bununla belə, qeyd olunur ki, boşanmaya səbəb o qədər güclü olub ki, cütlük şəhərin mərkəzində, hər kəsin gözü önündə böyük mübahisə yaşayıb, hətta bu mübahisə sonda Afaq İsmayılzadənin xəsarət alması ilə nəticələnib. Marqarita pizza

Qeyd edək ki, Afaq İsmayılzadə mətbuata açıqlamasında həyat yoldaşı ilə bağlı çox danışmasa da, onun polkovnik-leytenant rütbəsi daşıdığını bildirmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!