Azərbaycanda qızıl və gümüş ucuzlaşdı
02 İyn 2020 23:49
259

Azərbaycanda qızıl və gümüş ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Yenisabah.az xəbər verir ki, iyunun 2-də qızılın qiyməti iyunun 1-i ilə müqayisədə 10,021 manat azalaraq 1 unsiya üçün 2951,48 manat təşkil edib.

Gümüş 0,207 manat ucuzlaşaraq 1 unsiya üçün 30,8853 manata bərabər olub.

Platinin qiyməti 3,501 manat artaraq 1440,8265 manat, palladiumun qiyməti 2,967 manat artaraq 3342,23 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.  /Trend

Oxşar xəbərlər