Sumqayıtda şagird niyə vəfat edib? - Direktordan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Sumqayıtda şagird niyə vəfat edib? - Direktordan açıqlama

Sosial

13 Oktyabr 2021 10:56 1613


Yusif Məmmədəliyev adına Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbin 9 b sinif şagirdi Əsgərov Kamil İslam oğlu oktyabrın 5-də halsız olduğunu hiss edib və məktəbə getməyib. Məktəblidən analiz götürülüb, onun koronavirusa yoluxduğu məlum olub.

Sumqayıt şəhər 31 nömrəli məktəbin direktoru Lalə Əliyeva Yenisabah.az-a açıqlamasında Kamil Əsgərovun oktyabrın 6-da Sumqayıtda xəstəxanaya yerləşdirildiyini, sonradan Bakıda 7 saylı xəstəxanaya köçürüldüyünü bildirib:

“Oktyabrın 6-dan məktəblinin təhsil aldığı 9b sinfində əyani tədris dayandırılıb və distant təhsilə keçilib. Həmin sinifdə əyani tədris oktyabrın 20-də bərpa olunacaq. Koronavirusa yoluxan məktəbimizin şagirdi Kamil Əsgərov oktyabrın 11-də Bakıda klinikalardan birində aparılan müalicə tədbirlərinə baxmayaraq vəfat edib”. Sezar pizza

Direktor K.Əsgərovun anasının da koronavirus xəstəsi olduğunu qeyd edib.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!