“Azərbaycanda toy məsələsi yığışdırılmalıdır!“   - TƏLƏB

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda toy məsələsi yığışdırılmalıdır!“ - TƏLƏB

Sosial

09 Aprel 2021 13:55 6939


Son günlər ölkəmizdə gizli keçirilən toylarla bağlı qalmaqallar səngimir. Bəzi vətəndaşlar karantin rejimi olmasına baxmayaraq ölkədə gizli toy məclislərinin keçirməyə davam edirlər.

Yenisabah.az-a mövzu ilə bağlı danışan Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu qeyd edib ki, gizli şəkildə toy, yas mərasimləri keçirənlər birmənalı şəkildə cəzalandırılmalıdır:

 “Hesab edirəm ki, hələ ki, bu cür toylara icazə vermək olmaz. Çünki xəstəlik hələ ki, davam edir və yoluxanlar artır. Toy edənlər başa düşməlidir ki, onun dəvət etdiyi şəxslərdən beşi də, üçü də, lap biri də ölsə, bu, onun üçün başıaşağılıqdır. Belə vəziyyətdə toy etmək olmaz, hazırda bütün dünya necədirsə, biz də elə olmalıyıq. Hər ölkədə bu xəstəlik bir cür inkişaf edir, bizdə isə artma müşahidə olunur. Bu qədər yoluxma sayını görə-görə gizli toy edənləri mən bağışlamıram. O toydan çıxan xəstə özündən başqa azı 20 nəfəri də yoluxdurur, bunu başa düşmürsünüz?! Nikahdan sonra evdə adi yığıncaq etmək olar. Başa düşürəm ki, çox adam toy edir ki, pul yığıb cehiz alsın və s. Cehiz almasınlar. Öz həyatını, qohumlarının, yaxınlarının, dostlarının həyatını təhlükəyə atmaqdansa, evdə 10 nəfər yaxının iştirakı ilə yığıncaq keçirmək daha məntiqlidir. Bundan qabaq toy var idi, ay başınıza dönüm? Biz hamımız evlənmişik, guya böyük toy eləmişik? Xeyr, 10-20 nəfərlik kampaniya edib ərə getmişik. Bu toy vacibdirmi? Eləməsinlər. Elə bilsinlər ki, müharibədir. Fikrimcə, toy məsələsi yığışdırılmalıdır, düz edib cərimələyirlər". pizza mizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!