Azərbaycanda toylar bərpa edilir
22 Sen 2020 14:42
2575

Azərbaycanda toylar bərpa edilir

Azərbaycanda şadlıq sarayları, mərasim zalları və ticarət mərkəzlərinin fəaliyyəti yenidən bərpa olunur.

Yenisabah.az-ın Unikal.org-a istinadən məlumatına görə, artıq bununla bağlı yerli icra hakimiyyəti orqanlarına göstəriş verilib. Bütün rayonlar üzrə sözügedən obyektlərin işlək sahələri rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən rəsmi qeydiyyata alınır. Yaxın zamanlarda toy və yas mərasimləri ilə bağlı yumşaldılamaların olacağı, eləcə də ticarət mərkəzlərinin müəyyən qaydalarla fəaliyyətə başlayacağı gözlənilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər