Benzinin qiyməti superdövləti diz çökdürdü

saytların hazırlanması

Evə çatdırılma

Benzinin qiyməti superdövləti diz çökdürdü

Dünya

19 May 2026 01:54 28


ABŞ-də İran ətrafında keçirilən hərbi əməliyyatların iqtisadi təsirləri ilə bağlı yeni araşdırma yayımlanıb.

"Yeni Sabah" xəbər verir ki, ABŞ-nin nüfuzlu ali təhsil müəssisələrindən olan Brown University tərəfindən aparılan araşdırmaya görə, əməliyyat fonunda artan yanacaq qiymətləri Amerika vətəndaşlarına 40 milyard dollardan çox əlavə xərc yaradıb.

Məlumata əsasən, ölkə üzrə benzinin bahalaşması səbəbindən əhalinin ödədiyi əlavə məbləğ 41,5 milyard dollara çatıb. Hesablamalara görə, bu göstərici hər ailə üçün orta hesabla 316 dollar əlavə xərc deməkdir. pizza sifarişi

Araşdırmada qeyd olunur ki, sözügedən vəsait ABŞ-də iri nəqliyyat infrastruktur layihələrindən birinin tam maliyyələşdirilməsinə kifayət edə bilərdi./Musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!