Nazirlər Kabineti yanında Operativ Qərargahın 25 may tarixli qərarına əsasən, mayın 31-dən etibarən bir sıra qadağalar ləğv olundu. Yeni qərara uyğun olaraq artıq idman və sağlamlıq-bərpa obyektlərinə üz tutan vətəndaşlardan, həmçinin bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizindən vaksin pasportu tələb ediləcək. Bununla yanaşı, qurum tərəfindən toy və yas mərasimlərinə icazə veriləcəyi təqdirdə, eyni tələbin qüvvədə olacağı da diqqətə çatdırılıb.
Bildirək ki, Türkiyə və Gürcüstan da COVİD pasportunun önəminə diqqət çəkərək səfərlərlə bağlı yeni qərar tətbiq edib. Belə ki, bu sənədə sahib olan şəxslərdən həmin ölkələrə səfər zamanı koronavirus testi tələb olunmayacaq.
Maraqlıdır, bu açıqlamalardan sonra peyvənd olunanların sayında artım müşahidə olunub? Pepperoni pizza
Yenisabah.az xəbər verir ki, son 7 gün ərzində vaksin vurduranların sayında 15 min civarında artım müşahidə edilib. Belə ki, 21-24 may tarixləri arasında peyvənd olunanların ortalama sayı 23 845 təşkil edibsə, 25-31 mayda bu say 38 018-ə çatıb. Yeni qaydaların tətbiqindən sonra ən çox vaksinasiyanın müşahidə edildiyi gün isə mayın 28-dir. Bu tarixdə birinci və ikinci mərhələ daxil olmaqla, ümumilikdə, 62 296 insan peyvənd vurdurub.
Son 10 günün statistikasını təqdim edirik:
22 may - 36 758,
23 may - 25 406,
24 may - 115,
25 may - 34 287,
26 may - 34 615,
27 may - 50 903,
28 may - 62 296,
29 may - 38 889,
30 may - 44 735,
31 may - 407
Xatırladaq ki, Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının mayın 31-də baş tutan sessiyasının bağlanış mərasimində çıxışı zamanı artıq Azərbaycan əhalisinin 20 faizinin peyvənd olunduğunu diqqətə çatdırıb. “Biz cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyasına başlamışıq və artıq 99.94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilmişdir. Bu rəqəm əhalimizin 20 faizini təşkil edir”,-deyə ölkə başçısı qeyd edib.
Telegram kanalımız