Azərbaycanda vəzifəli şəxslərin fotosu yayıldı, DİN açıqlama verdi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxslərin fotosu yayıldı, DİN açıqlama verdi 

Sosial

20 Dekabr 2021 18:54 1944


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru və müavininin silahla şəkili yayılıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və tüfənglə şəkilləri yayılıb. 

Bildirilib ki, fotonu Adəm İsmiyev öz “WhatsApp” hesabında paylaşıb, məsələ ictimailəşəndən sonra isə şəkli silib. pizza mizza

Daxili İşlər Nazirliyi (DİN) Meşələrin İnkişafı Xidmətinin Masallı Regional meşə təsərrüfatı müəssisənin direktoru Adəm İsmiyev və onun müavini Sakit Şahmarovun “Kalaşnikov” avtomatı və tüfənglə yayılan şəkillə bağlı açıqlama verib. DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə araşdırma aparılır: “Məsələdən məlumatlıyıq”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!