Azərbaycanda yoluxanların yeni STATİSTİKASI:   9 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxanların yeni STATİSTİKASI: 9 nəfər öldü

Sosial

07 Yanvar 2022 16:48 880


Azərbaycanda ötən sutkada koronavirus (COVID-19) infeksiyasına 547 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 049 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 604 537 nəfər müalicə olunaraq sağalıb, 8 431 nəfər vəfat edib. 7 081 nəfər aktiv xəstə sayını təşkil edib. pizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 139, bu günə qədər isə ümumilikdə 5 922 366 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!