Azərbaycanda yoluxma sayı 2 mini ötdü   - 25 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yoluxma sayı 2 mini ötdü - 25 nəfər öldü

Sosial

30 Mart 2021 14:38 768


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2146  yeni yoluxma faktı qeydə alınıb, 838 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 259476 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 237338 nəfər müalicə olunaraq sağalıb, 3538 nəfər vəfat edib, aktiv xəstə sayı 18600 nəfərdir. pizza sifarişi

Ölkədə son sutka ərzində 14099, hazırkı dövrədək isə 2858773 test aparılıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!