Azərbaycanın ilk ombudsmanı vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ilk ombudsmanı vəfat etdi

Sosial

25 Aprel 2024 14:14 832


Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

Yenisabah.az “Report”a istinadla xəbər verir ki, o, 87 yaşında dünyasını dəyişib.

Hazırda mərhumla Təzə Pir məscidində vida mərasimi keçirilir. Sezar pizza

Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!