Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Sosial

09 Yanvar 2022 11:19 786


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyindən “Yeni Sabah”a daxil olan məlumata görə, başsağlığında deyilir:

"Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi. pizza mizza

Sizin acınız bizim də acımızdır.

Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.

Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!