Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat verilib.
Bəyannaməni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Kestutis Budris imzalayıb. Bakıda online alış-veriş
İmzalanma mərasimi Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, ikitərəfli əməkdaşlığın gücləndirilməsi və siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, bağlantılar və qarşılıqlı maraq doğuran digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.
Telegram kanalımız