Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanla oyundan sonra istefaya gedəcək
21 Sen 2021 15:55
397

Azərbaycanla oyundan sonra istefaya gedəcək

Azərbaycanın DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığmasının baş məşqçisi Stefen Kenni millimizlə oyundan sonra istefaya göndərilə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə İrlandiya millisinin sabiq futbolçusu Toni Kaskarini danışıb. 

O, 49 yaşlı mütəxəssisi dəstəkləsə də, Azərbaycan yığması ilə matçdan sonra istefaya göndəriləcəyini deyib. 

Kaskarini bu vəzifəyə hazırda "Nottingem Forest"i çalışdıran Kris Hyutonun əsas namizəd hesab edildiyini bildirib: 

“Nümayəndələr Kenninin yaxın gələcəkdə istefaya göndəriləcəyi təqdirdə, ehtimal olunan namizədin Hyuton olduğunu vurğulayıblar. Mən də onun yığmadakı problemləri həll edəcəyini düşünürəm. Fikrimcə, yeni çalışdırıcı məhz Hyuton olacaq". 

Qeyd edək ki, oktyabrın 9-u Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-İrlandiya oyunu saat 20:00-da başlayacaq. 

Tərəflər arasında daha əvvəlki matç 1:1 hesabı ilə başa çatıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər