Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi

saytların hazırlanması

Evə çatdırılma

Ərdoğan “Beşiktaş” prezidentinə zəng etdi

İdman

27 Noyabr 2026 08:53 73


Rəcəb Tayyib Ərdoğan “Beşiktaş” klubunun prezidenti Sərdal Adalı ilə telefonla danışıb.

"Yeni Sabah" xəbər verir ki, Türkiyə Prezidenti Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Hapoel"lə (İsrail) matçda baş verənlərə toxunub.

O, hadisə ilə bağlı prosesin gedişini yaxından izlədiyini bildirib. Dövlət başçısı “Beşiktaş” klubuna və azarkeşlərinə "keçmiş olsun" arzularını çatdırıb. ShopByBro

Xatırlatma: Gürcüstanın Batumi şəhərində keçirilən görüşdə azarkeşlər arasında qarşıdurma baş verib. Yerli polisin “Beşiktaş” azarkeşlərinə müdaxiləsindən sonra hakimlər paltardəyişmə otağına yollanıblar. Beləliklə matç dayandırılıb. Hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra oyun qaldığı yerdən davam etdirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!