30 Sentyabr - 00:21
Azərbaycanlı alim vəfat etdi - Foto

Azərbaycanlı alim vəfat etdi - Foto

Sosial

01 Avqust 2022 23:49 873


Naxçıvan Dövlət Universitetinin (NDU) alimi Novruzəli Rəhimov dünyasını dəyişib.

Yenisabah.az xəbər verir ki, bu barədə NDU məlumat yayıb.

Bildirilib ki, Rəhimov Novruzəli Həmzə oğlu 1962-ci il mart ayının 20-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Qara-qala kəndində anadan olub. 

Novruzəli Rəhimov vəfatından öncə “Qloballaşma prosesində Azərbaycanın rolu” mövzusunda fəlsəfə üzrə elmlər doktoru dissertasiyası üzərində işləyib.

Mərhum iki metodik vəsaitin, üç fənn proqramının, bir monoqrafiyanın, 68  elmi məqalənin müəllifidir.

Qeyd edək ki, Norvuzəli Rəhimova 31 oktyabr 2017-ci il tarixdə Prezidentin Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adı verilib.Azərbaycanlı alim vəfat etdi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!