Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti qələbəsini qazanıb. pizza hut
Yenisabah.az "Qəbələ"nin saytına istinadən xəbər verir ki, 27 yaşlı idmançı Niderlandın Arnem şəhərində təşkil olunan “Glory79”da uğurla çıxış edib. Alim “GelreDome”də ABŞ təmsilçisi Troy Consla görüşüb. Yarımorta çəki dərəcəsində mübarizə aparan Nəbiyev qarşılaşmada hakimlərin rəyi ilə qələbə qazanıb – 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28). O, “Glory” çərçivəsində keçirdiyi 8-ci döyüşdə 6-cı dəfə qalib olub. pizza hut
Telegram kanalımız