Azərbaycanlılar geyimə nə qədər pul xərcləyir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlılar geyimə nə qədər pul xərcləyir?

Sosial

18 İyun 2024 14:09 377


2024-cü ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 821.5 milyon manat vəsait xərclənib.

Yenisabah.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5% çoxdur.

Cari ilin may ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 543 milyon manata bərabər olub. Dominos pizza

Xatırladaq ki, cari ilin yanvar-may ayları ərzində istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 13.4%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!