Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər

saytların hazırlanması

Evə çatdırılma

Azercell-in dəstəyi ilə şagirdlərimiz İT sahəsində uğurlu nəticələr göstərməyə davam edirlər

Rəqəmsal

16 Sentyabr 2024 18:32 2378


Cari ilin sentyabr ayında məktəblilərimiz informatika fənni üzrə iki beynəlxalq olimpiadada ölkəmizi uğurla təmsil ediblər.

Yenisabah.az xəbər verir ki, 1-8 sentyabr 2024-cü il tarixlərində Misirin İsgəndəriyyə şəhərində məktəblilərin 36-cı Beynəlxalq İnformatika Olimpiadası (IOI), sentyabr ayının 8-12 aralığında isə Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində dünyanın Birinci Beynəlxalq Süni İntellekt Olimpiadası (IAIO) baş tutub.

Beynəlxalq İnformatika Olimpiadasına (IOI) qatılan Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli bürünc medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev həvəsləndirici mükafata layiq görülüblər. Dünyanın təxmini 90 ölkəsindən 350-yə yaxın iştirakçının yarışdığı 2 günlük müsabiqədə şagirdlər hər gün 5 saat ərzində 3 alqoritmik məsələ həll edərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. pizza sifarişi

25 ölkənin qatıldığı Birinci Beynəlxalq Süni İntellekt Olimpiadasında iştirak edən hər iki şagirdimiz Ayxan Dəmirli və Fuad Qarayev gümüş medal qazanıblar. Elmi sınaqlardan keçmək üçün tələbələr xüsusi olaraq yaradılmış platformadan istifadə edərək süni intellekt metodları ilə problemlərin həllini tapan eksperimental testlər aparıblar.

2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb. Məktəblilər arasında ən nüfuzlu proqramlaşdırma müsabiqəsi olan Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimiz ümumilikdə 13 (https://stats.ioinformatics.org/results/AZE) medala layiq görülüblər ki, onların 8-i son 5 ildə əldə edilib.

Azercell milli komandamızı təbrik edir və ona davamlı uğurlar arzulayır!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!