“Son dövrlər bizə ünvanlanan suallar içərsində minimum əmək haqqının nə zaman artırılacağı ilə bağlı sorğular üstünlük təşkil edir. Qeyd edək ki, Əmək Məcəlləsinə edilən dəyişikliklərə əsasən, minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu da minimum əməkhaqqının artımında dövriliyin təmin olunması deməkdir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
O qeyd edib ki, eyni zamanda, bununla artımlar qanunla tənzimlənəcək. Deputatın sözlərinə görə, minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin bütün pillələri üzrə artımları təmin edir: Dördpendirli pizza
“Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əməkhaqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin vəzifə maaşları daxildir”.
V.Bayramov vurğulayıb ki, vahid tarif cədvəlində əməkhaqları 19 dərəcə üzrə müəyyənləşdirilir. Hazırda ən aşağı maaş 400, ən yüksəki isə 1150 manatdır:
“Minimum əməkhaqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələrə şamil olunacaq. Bu zaman maaşın minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır. Bütövlükdə, minimum əməkhaqqının artırılması 700 min vətəndaşımızın maaşlarının artmasına səbəb ola bilər”.
Artımın nə zaman baş verəcəyinə gəldikdə isə, Milli Məclisin deputatı deyib ki, məcəlləyə olan dəyişikliklər Prezident tərəfindən 23 fevral 2026-cı il tarixində təsdiqlənib:
“Həmin dəyişikliklərin təsdiqindən sonra minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılmalıdır. Bu o deməkdir ki, dəyişikliyin təsdiq ediliyi tarixdən keçən 1 il müddətində minimum əməkhaqqı məbləğinə ən azı bir dəfə baxılaraq artırılacaq. Müəyyən illərdə daha çox artımlar ola bilər. Xüsusən nəzərə almaq lazımdır ki, minimum əmək haqqındakı növbəti artımdan sonra proses daha da mütəmadiləşəcək. Çünki, qanunvericilik minimum əmək haqqının ildə ən azı bir dəfə artırılmasını nəzərdə tutur”.
Aydan Hacı
Telegram kanalımız