Azərbaycanda yeni dövlət qurumu yaradıldı -   FƏRMAN

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yeni dövlət qurumu yaradıldı - FƏRMAN

İqtisadiyyat

14 May 2026 16:21 1994


Prezident İlham Əliyev Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb.

Fərmanla müəyyən edilib ki, agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!