Qurban Yetirmişli:   “Zəlzələ olacaq” deyilsə, hamımız qaçacağıq”

saytların hazırlanması

Evə çatdırılma

Qurban Yetirmişli: “Zəlzələ olacaq” deyilsə, hamımız qaçacağıq”

Hadisə

15 May 2026 12:49 189


“Hazırda vulkanın püskürməyə başladığı dövrdən etibarən ona nəzarət edə biləcəyimiz cihazlar mövcuddur. Əvvəllər isə hansısa vulkan püskürəndə bunu ilk olaraq çoban xəbər verirdi, gedib baxırdıq”.

“Yeni Sabah” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Qurban Yetirmişli “Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək mümkün deyil: Marqarita pizza

“Dünyada 2000-dən çox, Azərbaycanda isə 300-dən çox palçıq vulkanı var. Bundan əlavə, dənizin dibində də palçıq vulkanları mövcuddur.

Zəlzələnin qısa müddətli, yəni yeri, vaxtı və gücü ilə bağlı proqnozunu vermək bu gün dünya üzrə mümkün deyil. Bəlkə də gələcəkdə nə vaxtsa bu mümkün olacaq. Qısa müddətli proqnozla yanaşı, yapon alimləri bildirirlər ki, zəlzələ xəbərinin əhaliyə çatdırılması da çox vacib məsələdir. Məsələn, indi desələr ki, zəlzələ olacaq, mən qarışıq hamı durub qaçacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!