“İstənilən abırlı kişi bilsə ki, arvadı...” – ŞOK AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“İstənilən abırlı kişi bilsə ki, arvadı...” – ŞOK AÇIQLAMA

Sosial

14 May 2026 09:40 699


“Tez-tez media adı altında gizlənmiş dedi-qodu saytlarında müğənnilik adı altında gizlənmiş kabinet xanımlarının sosioloji ehkamlar kəsdiyinin şahidi oluruq: "Kişi pul qazanmalıdır", "Pul qazanmayan kişi evlənməməlidir", "Məni sevən kişinin yeddi maşını olmalıdır" və s.”.

“Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə şair Aqşin Yenisey çıxış edib. O, qeyd edib ki, sözün dəyəri onu deyənin şəxsiyyəti ilə ölçülür. Və əlbəttə tənbəl kişini həyat özü cəzalandırır. Bizim "müdrikliyimizə" ehtiyac yoxdur:

“Burada ört-basdır edilən puluna görə sevilən kişinin mövqeyidir. İstənilən abırlı kişi bilsə ki, arvadı, hətta anası onu puluna görə sevir, özünü alçaldılmış və dəyərsiz biri kimi görməyə başlayır. Bunu onun öz dilindən eşitmək üçün litr yarım içki kifayətdir. pizza mizza

Özünü günlük münasibətlərə təqdim edən qadının sevgisinə isə heç bir kişinin ehtiyacı yoxdur. Əksinə, kişilər pulla əldə etdikləri qadınlarla barbarcasına rəftar edirlər ki, sevgi hissi yaranmasın. Cinsəllik kişinin zəif, qadının güclü tərəfidir”.

Aqşin Yenisey qeyd edib ki, ümumiyyətlə, kişini pulla mənalandırmaq fahişə taktikasıdır:

“Pulla mənalandırılmış kişinin şəxsiyyəti heç bir dəyər daşımır. Bu, təkcə kişi-qadın münasibətlərinə aid deyil. Məsələn, kişilərin toya getməyib pul göndərmələri də bunun yayğın örnəyidir. Pul göndərən kişi bilir ki, o toyda onun şəxsiyyətinin heç bir dəyəri olmayacaq, ona, sadəcə, masada oturmuş əskinaz kimi baxacaqlar.

Özünü pulla mənalandıran cəmiyyət gərək həkimindən, müəllimindən, məmurundan, nə bilim, tiktokerindən filandan əxlaqi-mənəvi öhdəlik tələb etməsin. Halbuki ən çox özünü pulla mənalandıran vətəndaşlarımız canlı açıb (birmənalı olaraq avtomobildən) müəllimləri, həkimləri, məmurları və s. mənəvi məsələlərdə ittiham edirlər.  Özün pulla mənalandıran cəmiyyətdə birinci daşı ən çox günahı olanlar atır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!