Etibar Əliyev istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Etibar Əliyev istefa verdi

Siyasət

14 May 2026 10:48 1591


Keçmiş millət vəkili Etibar Əliyev Qərbi Azərbaycan İcmasının (QAİ) nəzdində Ziyalılar Şurasından istefa verib.

“Yeni Sabah”ın xəbərinə görə, o, bu addımı şuranın fəaliyyətindən narazı olduğu üçün atıb.

Sabiq deputat bildirib ki, Şuranı şəxsi mənafelərin qurbanına çeviriblər: pizza mizza

“Artıq 5-ci iclasdır ki, şəxsən məni Şuranın tədbirlərinə dəvət etmirlər. Başa düşmürəm, bəlkə başda QAİ rəhbəri Əziz Ələkbərli və Şuranın sədri, “Dialektik materializm” müəllimi Elxan Hüseynovun "mütərəqqi" ideyaları əsasında ziyalılığın kriteriyalarını dəyişiblər? Mən fəlsəfə üzrə fəlsəfə doktoruyam, 8 kitab müəllifiyəm, 500-dən çox elmi-publisistik məqaləm çap olunub. Azərbaycanda elmin populyarlaşdırılması ideyasının müəllifiyəm. Sosial şəbəkələrdə ciddi maarifçiliklə və QAİ-nin ideoloji təbliğatı ilə məşğulam. İcmanın üzvü kimi mən xaricdə yaşayan və Azərbaycanın əleyhinə şərəfsizcəsinə təbliğat aparan termitlərə layiqli cavablar verən yeganə şəxsəm. Ziyalılar Şurası maarifçiliklə məşğul olmalıdır. Təəssüflər olsun ki, bu işi yetərincə bacarmırlar…”

Etibar Əliyev ona Qərbi Azərbaycan televiziyasına çıxmağa qadağa qoyulduğunu deyib və bunun səbəbini soruşub:

“Bütün bunların fonunda məni ziyalı hesab etmirsiniz? Qərbi Azərbaycan İcması Prezident cənab İlham Əliyevin ideyasıdır və bu qurumda konfliktlər birmənalı olaraq yolverilməzdir. Mən Əziz Ələkbərlidən tələb edirəm: Adımı Ziyalılar Şurasından çıxarın! İcmanın sıravi üzvü olmaq mənim üçün qürurvericidir. Və Qayıdış baş tutduqda öndə gedənlərdən biri mən olacam…”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!